Ermənistan parlamenti Rusiyanın etirazına səbəb olan əsasnaməni müzakirəyə çıxaracaq
Tarix: 02-10-2023 18:30 | Bölmə: Siyasət
Ermənistan parlamenti Rusiyanın etirazına səbəb olan əsasnaməni müzakirəyə çıxaracaq

Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Əsasnaməsinin ratifikasiyası Ermənistan parlamentinin qarşıdan gələn iclasının gündəliyinə (5 nömrəli) daxil edilib.

Reyting.az
xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Bundan əvvəl məsələ parlamentin müvafiq komissiyasının iclasında müzakirə edilərək təsdiqlənib.

Xatırladaq ki, 2022-ci ilin sonunda Ermənistan Respublikasının Nazirlər Kabineti BCM-nin Roma Əsasnaməsinin ratifikasiyası prosesinə başlayıb və bunu İrəvanın yeni statusunda məhkəmə qarşısında məsələ qaldıra biləcəyi ilə izah edib.

Onu da qeyd edək ki, Rusiya Ermənistanın daha əvvəl prezident Vladimir Putinin həbsinə order vermiş Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statusunu ratifikasiya etmək istəyini etirazla qarşılayıb.

E. KAMAL




Bölməyə aid digər xəbərlər