14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Şirkətlərə və şəxslərə yeni sanksiyalar tətbiq olunub
Tarix: 06-12-2023 20:26 | Bölmə: Siyasət
Şirkətlərə və şəxslərə yeni sanksiyalar tətbiq olunub

Böyük Britaniya “Rusiyanın hərbi təchizat zəncirlərində iştirak edən və onun Ukraynaya müdaxiləsinə dəstək verən” müxtəlif ölkələrdən olan şəxslərə və qruplara qarşı 46 yeni sanksiya tətbiq edib.

Reyting.az
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Britaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, Çin, Türkiyə, Serbiya və Özbəkistanda fəaliyyət göstərən şirkətlərə sanksiya tətbiq edilib.

Britaniya pilotsuz uçan aparatların və raket hissələrinin inkişafı və istehsalı və elektron komponentlərin idxalı ilə əlaqəli 31 şəxs və təşkilata, həmçinin Rusiya neftinin ticarəti ilə məşğul olduğunu bildirdiyi Birləşmiş Ərəb Əmirliklərinin 4 şirkətinə qarşı sanksiya tətbiq etdiyini bildirib.

Xarici İşlər Nazirliyi Minskin Rusiyanın hərbi səylərini dəstəkləmək üçün istifadə etdiyi hərbi texnologiyalar istehsal edən Belarus müdafiə təşkilatına qarşı da sanksiyalar tətbiq etdiyini bildirib.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}