14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Bu gündən prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır
Tarix: 09-12-2023 08:53 | Bölmə: Siyasət
Bu gündən prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır

Bu gündən Azərbaycanda prezidentliyə namizədlərin irəli sürülməsinə başlanılır.

Reyting.az
xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) qərarına əsasən Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Qərar rəsmi dərc edildiyi gündən qüvvəyə minib.

Qeyd edək ki, seçkilərin təyin edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları tərəfindən Azərbaycan prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanılır.

Xatırladaq ki, MSK-nın dekabrın 8-də keçirilən iclasında seçkilərin 2024-cü il fevralın 7-də təyin olunması haqqında qərar qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}