MDB ölkələrinin xarici işlər nazirləri Belarusa gedəcək
Tarix: 11-12-2023 12:55 | Bölmə: Siyasət
MDB ölkələrinin xarici işlər nazirləri Belarusa gedəcək

2024-cü ilin aprel ayında Belarusun Minsk şəhərində MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclası planlaşdırılır.

Reyting.az
xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsi məlumat yayıb.

Məlumata görə, MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri dekabrın 13-də Minskdə keçiriləcək iclasda MDB Xarici İşlər Nazirləri Şurasının 2024-cü ilin aprelində keçiriləcək növbəti iclasının gündəliyi layihəsinə dair təklifləri müzakirə edəcəklər.

Qeyd edək ki, MDB Xarici İşlər Nazirləri Şurasının əvvəlki iclası oktyabrın 12-də Bişkekdə baş tutub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}