"Abzas Media"nın rəhbəri təhdid olunur
Tarix: 11-12-2023 14:04 | Bölmə: Siyasət
"Abzas Media"nın rəhbəri təhdid olunur

"Abzas Media" onlayn nəşrinin direktoru, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Ülvi Həsənli təhdidlərə məruz qalır.

Əsasən ona qarşı ombudsmana müraciətlə bağlı iddialar irəli sürülüb.

Reyting.az xəbər verir ki, bu barədə “Turan”-a onun yaxınları bildiriblər.

Həsənliyə yaxınları ilə görüşləri və telefon danışıqları, sonra isə vəkillərlə telefonla ünsiyyətini qadağan ediblər. Bütün bunlar onun ombudsmana müraciətindən sonra baş verib.

Təcridxana rəhbərliyi xəbərdarlıq edib ki, əgər o, bundan sonra da şikayət etsə, "vəziyyəti pisləşəcək".

Penitensiar Xidmətdən bu məlumatı şərh etmək xahişinə cavab olaraq deyiblər ki, məsələ araşdırılacaq və məlumat veriləcək.

Xatırladaq ki, Ü. Həsənli noyabrın 20-də saxlanılıb. Ertəsi gün məhkəmə onu qaçaqmalçılıq ittihamı ilə 4 ay müddətinə həbs edib. Ü. Həsənli ittihamları rədd edib və özünə qarşı təqibləri "Abzas Media"nın apardığı korrupsiya araşdırmaları ilə əlaqələndirib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}