Braziliya prezidenti Ukrayna lideri ilə görüşdən imtina edib
Tarix: 12-12-2023 10:04 | Bölmə: Siyasət
Braziliya prezidenti Ukrayna lideri ilə görüşdən imtina edib

Braziliya prezidenti Luiz İnasio Lula da Silva Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşmək istəməyib.

Reyting.az
xəbər verir ki, Ukrayna lideri Vladimir Zelenski Argentina prezidentinin andiçmə mərasiminə gedərkən Braziliyada dayanıb, prezident Silva ilə görüşməyi təklif etsə də, o, bundan imtina edib.

Mənbə bildirir ki, Ukrayna lideri dekabrın 9-da axşam saatlarında Braziliyadakı aviabazada təyyarəsinə yanacaq doldurmaq üçün dayanıb. O, təyyarənin enişindən iki saat sonra Argentinaya uçub.

Xatırladaq ki, may ayında Ukrayna və Braziliya liderləri Xirosimada keçirilən “Yeddilik Qrupu” sammitində iştirak ediblər, lakin onların ikitərəfli görüşü olmayıb.

Qeyd edək ki, Zelenskinin təyyarəsi artıq ABŞ-a enib. Bunu Zelenski özü Teleqramda yazıb.

Zelenski səfərinə Pentaqonun rəhbəri Lloyd Ostin və Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Çarlz Braunla görüşlə başlayıb.

Zelenskinin səfəri iki gün davam edəcək. Bu gün o, ABŞ prezidenti Co Baydenlə görüşəcək və Senatın iclasında da çıxış edəcək.

Zelenskinin səfəri ABŞ Konqresində Ukraynaya gələcək maliyyə yardımı ilə bağlı fikir ayrılıqları fonunda reallaşıb.

Onu da qeyd edək ki, Bayden administrasiyası, əvvəllər Ukraynaya bağışlanan pulların demək olar ki, tükəndiyini vurğulayaraq, vəsaitlərin mümkün qədər tez buraxılmasını tələb edir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}