MDB missiyası prezident seçkilərini müşahidə edəcək
Tarix: 13-12-2023 12:31 | Bölmə: Siyasət
MDB missiyası prezident seçkilərini müşahidə edəcək

MDB İcraiyyə Komitəsi Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini müşahidə etmək üçün yazılı dəvət alıb.

Bu barədə MDB-nin İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.

Onun sözlərinə görə, MDB müşahidəçilər missiyası Azərbaycanda və Rusiyada keçiriləcək prezident seçkilərində, həmçinin Belarusda keçiriləcək parlament seçkilərində fəaliyyət göstərəcək: “Gələn il təşkilatımızın aparıcı dövlətlərində seçkilər ilidir... Biz hələ Azərbaycandan yazılı dəvət almışıq, çünki ilk öncə seçkilər bu ölkədə keçiriləcək”.

O xatırladıb ki, daha sonra Belarusda parlament (25 fevral), bunun ardınca Rusiyada prezident seçkiləri (17 mart) təşkil olunacaq: “Belarus və Rusiyadan şifahi dəvətlər gəlib”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}