Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq"
Tarix: 13-12-2023 18:01 | Bölmə: Siyasət
Şarl Mişel: "Azərbaycan və Ermənistan liderləri arasında görüşün təşkilinə çalışırıq"

"Avropa İttifaqı Şurası Azərbaycan və Ermənistan liderləri arasında görüş təşkil etmək istiqamətində cəhdləri davam etdirir".

Bunu şuranın sədri Şarl Mişel “azatutyun”a müsahibəsində bildirib.

O deyib ki, Ermənistan və Azərbaycan arasında münasibətlərin tənzimlənməsini təşkil etmək üçün sülh sazişi lazımdır: “Bu sülh sazişi demarkasiya prosesinə əsaslanmalıdır. Eyni zamanda bizim regionda əməkdaşlığımız üçün bir vasitə kimi istifadə edə biləcəyimiz müsbət əsas ola bilər”.

Ş.Mişel qeyd edib ki, bu da Cənubi Qafqaz regionunun digər ölkələri, o cümlədən Gürcüstan iqtisadiyyatının inkişaf üçün yaxşı haldır.

“Danışıqların əsas istiqaməti Ermənistanla Azərbaycan arasında münasibətlərin nizamlanmasıdır”, - o vurğulayıb(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}