Qüdsi Osmanov "Şərəf" ordeni ilə təltif olunub - Fotolar
Tarix: 13-12-2023 19:01 | Bölmə: Siyasət
Qüdsi Osmanov "Şərəf" ordeni ilə təltif olunub

Moldova Respublikasının Prezidenti Mayya Sandu dekabrın 13-də bu ölkədə diplomatik fəaliyyətini başa vuran Azərbaycan səfiri Qüdsi Osmanovu qəbul edib.

Reyting.az
xəbər verir ki, Moldovanın dövlət başçısı görüşdə iki ölkə arasında əlaqələri yüksək qiymətləndirib, bir sıra sahələrdə əməkdaşlığın genişləndirilməsinin və ticarət həcminin artırılmasının vacibliyini vurğulayıb.

Həmçinin, Prezident sentyabrın 15-də “Azərbaycan Hava Yolları” QSC-nin Bakı ilə Kişineu arasında birbaşa reyslərin açılmasını da alqışlayıb.

Mayya Sandu Kişineu və Bakı arasında əlaqələrin möhkəmlənməsində göstədiyi səylərə görə Azərbaycanın səfirinə təşəkkürünü bildirib və onu Moldova Respublikasının “Şərəf” ordeni ilə təltif edib.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}