Hakan Fidan: “Bölgədə sülh və təhlükəsizliyə heç olmadığımız qədər yaxınıq”
Tarix: 14-12-2023 15:25 | Bölmə: Siyasət
Hakan Fidan: “Bölgədə sülh və təhlükəsizliyə heç olmadığımız qədər yaxınıq”

Türkiyə XİN başçısı Hakan Fidan bölgənin sülh və təhlükəsizliyə çox yaxın olduğunu bəyan edib.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan dekabrın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, son 20 ildir fərqli vəzifələrdə işlədiyi vaxtlarda dəfələrlə Azərbaycana gəlib, iki ölkə arasındakı əməkdaşlığının genişləndirilməsi yolunda onun da əməyinin olduğu üçün sevinclidir.

“İki qardaş ölkələrin arasındakı münasibət gün-gündən dərinləşir. Qardaş ölkələr arasındakı imzalanan Şuşa Bəyənnaməsinin tələblərini yerinə yetirmək üçün çalışırıq”, - H.Fidan deyib.

O hesab edir ki, bu gün dünyada enerji və kommunikasiya xəttlərinin təhlükəsizliyi prioritet məsələlərdəndir.

“Xəzər neftinin TANAP vasitəsilə Türkiyəyə ordan isə Avropaya ötürülməsi prosesinin genişləndiriləcəyini düşünürük”, - o bildirib.

XİN rəhbəri hesab edir ki, 44 günlük müharibə bölgə üçün yeni imkanlar yaradıb.

“Fikrimizcə, bütün tərəflər sülh və sabitlik üçün əlindən gələni etməlidir. Təəssüf ki, Ermənistan diasporu Avropada Azərbaycana qarşı təxribatları davam etdirir. Lakin hesab edirik ki, Ermənistan sülh və normallaşma üçün çalışmalıdır. Bölgədə sülh və təhülkəsizliyə heç olmadığımız qədər yaxınıq. Bu sahədə də Azərbaycanla əməkdaşlığı davam etdirəcəyik”, - H.Fidan bildirib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}