Polkovnik: “Ukraynada hazırkı vəziyyətin yaranmasına səbəb Qərbdir”
Tarix: 18-12-2023 00:04 | Bölmə: Siyasət
Polkovnik: “Ukraynada hazırkı vəziyyətin yaranmasına səbəb Qərbdir”

Rusiyanın Ukraynanı tamamilə ələ keçirmək məqsədi olmayıb. Bu ölkəni Ukraynada xüsusi hərbi əməliyyata başlamağa Qərb təhrik edib.

Reyting.az
xəbər verir ki, bunu Pentaqonun keçmiş müşaviri polkovnik Duqlas Makqreqor özünün X (keçmiş Twitter) sosial şəbəkəsindəki səhifəsində etiraf edib.

D. Makqreqor yazıb ki, ruslar üçün Ukraynanın dərinliyinə getməyin və ya Şərqi Avropanı təhdid etməyin heç bir strateji faydası yoxdur: “Bu, absurddur və onların belə niyyəti olmayıb”.

Onun sözlərinə görə, Ukraynada hazırkı vəziyyətin yaranmasına Qərb dövlətlərinin Moskvaya qarşı təxribat xarakterli hərəkətləri səbəb olub.

Qeyd edək ki, bundan əvvəl Makqreqor ABŞ-ın köməyi olmadan Kiyevin bir ay belə sağ qala bilməyəcəyini deyib. O əlavə edib ki, Amerika qoşunlarının çıxarılmasından sonra Əfqanıstandakı vəziyyətə oxşar vəziyyət Ukraynada da yarana bilər.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}