Erməni keşiş: “Özümü revanşist hesab edirəm”
Tarix: 18-12-2023 12:48 | Bölmə: Siyasət
Erməni keşiş: “Özümü revanşist hesab edirəm”

“Mən özümü revanşist hesab edirəm və ömrümün son saniyəsinə qədər belə yaşayacam”.

Reyting.az
xəbər verir ki, bunu Erməni Apostol Kilsəsinin (AAK) Tavuş yeparxiyasının rəhbəri, arxiyepiskop Baqrat Qalstanyan bildirib.

B. Qalstanyan əlavə edib ki, bu, onun həyatına nə mənəvi, nə əxlaqi, nə də fiziki mənada mənfi təsir eləmir.

Onun sözlərinə görə, revanşist olmaq ayağa qalxıb Rəbbiminin hüzurunda durmaqdır: “Düşünməliyik ki, biz Yer üzündə Allahın işini, ədalətin, həqiqətin və xilasın bərpasını edirik. Bəli, bu qisas yoludur. Evinizi bərpa etməyin başqa hansı yolu var? Bu, nifrət demək deyil, əksinə, sevgi deməkdir, fədakarlıq deməkdir, sonsuz iman, ən böyük ümid, fədakarlıq, cəsarət və bütün fəzilətləri nəzərdə tutur”.

B. Qalstanyan erməniləri qisasa da səsləyib:

“Bu qisas ona görə olmalıdır ki, minlərlə insan bizim həyatımız üçün canını verib”.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}