Prezidentin köməkçisi: "Seçkilərin şəffaf keçirilməsi ilə bağlı tapşırıqlar verilib"
Tarix: 20-12-2023 11:27 | Bölmə: Siyasət
Prezidentin köməkçisi: "Seçkilərin şəffaf keçirilməsi ilə bağlı tapşırıqlar verilib"

"Ölkə rəhbərliyi seçkilərin şəffaf keçirilməsi ilə bağlı hər dəfə tapşırıqlar verib".

Reyting.az
xəbər verir ki, bu sözləri Azərbaycan prezidentinin köməkçisi Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O qeyd edib ki, dövlət baçımızın qətiyyəti sayəsində Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa edilib: "Bütün dünya azad edilən ərazilərə Böyük Qayıdış prosesini izləyir. İlk dəfə olaraq azad edilən ərazilərdə seçkilər keçiriləcək. Artıq azad edilən ərazilərə 4395 nəfər köçürülüb”.

O bildirib ki, bütün namizədlərə bərabər şərait yaradılmalıdır.

E.ARAZ
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}