Gerasimov: “Sülhməramlılarımız Qarabağ əhalisinin Ermənistana təhlükəsiz çıxışını təmin edib”
Tarix: 21-12-2023 18:14 | Bölmə: Siyasət
Gerasimov: “Sülhməramlılarımız Qarabağ əhalisinin Ermənistana təhlükəsiz çıxışını təmin edib”

“Cənubi Qafqazda vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə davamlı tendensiyaya malikdir”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

Onun sözlərinə görə, bu ilin sentyabr ayında Rusiya sülhməramlılarının vasitəçiliyi ilə 24 saat ərzində atəşkəsə nail olunub.

“Hərbi əməliyyatların aparılması zamanı Rusiya sülhməramlı kontingenti 10 mindən çox mülki şəxsin öz dislokasiyası üzrə yerləşdirilməsini və sonradan Qarabağın demək olar ki, bütün əhalisinin Ermənistan ərazisinə təhlükəsiz çıxışını təmin edib. 300-ə yaxın yaralı sülhməramlılar tərəfindən xəstəxanalara çatdırılıb. Eyni zamanda, hərbi kontingentimiz dinc həyat qurmaq və sakinlərin bölgəyə qaytarılması imkanlarının təminatçısı kimi tapşırıqları yerinə yetirməkdə davam edir”, - deyə Gerasimov əlavə edib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}