Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması unikal təcrübədir"
Tarix: 22-12-2023 11:19 | Bölmə: Siyasət
Hikmət Hacıyev: "İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması unikal təcrübədir"

Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin yenidən qurulması beynəlxalq ictimaiyyətlə paylaşılacaq unikal təcrübədir.

Reyting.az
xəbər verir ki, bunu Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı (BMT) arasında Bakı şəhərinin 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanması mərasimində bildirib.

Onun sözlərinə görə, 30 illik işğal dövründə 9 şəhər və yüzlərlə yaşayış məskəni tamamilə məhv edilib.

H.Hacıyev əlavə edib ki, Azərbaycan tərəfdaşlarla çox yaxından işləyərək, Ümumdünya Şəhərsalma Forumunun yüksək səviyyədə keçirilməsinə çalışacaq.

"BMT-nin bütün qurumlarına təşəkkür edirəm ki, bu istiqamətdə Azərbaycana dəstək göstərirlər", - deyə şöbə müdiri qeyd edib(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}