Fərid Şəfiyev: “Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı yoxdur”
Tarix: 22-12-2023 15:35 | Bölmə: Siyasət
Fərid Şəfiyev: “Azərbaycan və Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı yoxdur”

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı olmadığını vurğulayıb.

O, bu barədə “X” hesabında “Providence” jurnalında dərc olunan məqaləyə münasibət bildirərək qeyd edib.

F.Şəfiyev vurğulayıb ki, jurnalın dərc etdiyi məqalə müəllifi Ermənistandakı revanşist gündəliyə su tökməzdən əvvəl yoxsulluğu və səfaləti görmək üçün Ermənistanda bir az vaxt keçirsə daha yaxşı olar.

“Tarixin artıq göstərdiyi kimi, nə Azərbaycanın, nə də Türkiyənin Ermənistanla iqtisadi əməkdaşlığa ehtiyacı var. Təcrid olunan sonuncudur. Ermənistanın hazırkı iqtisadi inkişafı Qərbdən Rusiyaya sanksiyalara məruz qalan malların çatdırılması ətrafında cərəyan edir”, - o əlavə edib.

F.Şəfiev onu da diqqətə çatıdırıb ki, Azərbaycan qonşuları ilə bir sıra transregional layihələr həyata keçirir:

“Bakı artıq Zəngəzur dəhlizinin əvəzinə başqa marşruta üstünlük verib. İndi biz Yerevandan zənglər eşidirik ki, o, nəqliyyat layihələrinə qoşulmağa hazırdır”(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}