Qarabağ ermənilərinin problemi İrəvanda müzakirə olunub
Tarix: 22-12-2023 18:13 | Bölmə: Siyasət
Qarabağ ermənilərinin problemi İrəvanda müzakirə olunub

Qarabağdakı keçmiş separatçı rejimin başçısı Samvel Şahramanyan öz vəzifələrini ictimai əsaslarla davam etdirən “dövlət orqanları”nın rəhbərləri ilə görüşüb.

Reyting.az
Ermənistan mediasına istinadla bildirir ki, bu gün keçirilən görüşdə Qarabağ ermənilərinin problemləri və onların həlli ilə bağlı təkliflər müzakirə olunub.

Tamamlanmış və davam edən işləri təqdim edən Şahramanyan bunun 2024-cü ildə davam etdirilməsinin zəruriliyini bildirib. O, saxta qurumun administrasiyalarının “rəhbərləri”nə köçkünlərin problemlərinin inventarlaşdırılmasını davam etdirməyi və vaxtaşırı “hökumətə” təqdim etməyi tapşırıb.

26 sentyabr tarixli fərmanına toxunan Şahramanyan vurğulayıb ki, “artsax”ın hüquq sahəsində “dövlət institutları”nın ləğvini nəzərdə tutan heç bir sənəd yoxdur.

Qeyd edək ki, Şahramanyan dolaysı ilə onu oyuna salanlardan xilas olmağa çalışır və iddia edir ki, “artsax”ın hansısa strukturu mövcuddur. Amma göründüyü kimi, media Şahramanyanın öz fəaliyyətini ictimai əsaslarla davam etdirən şəxslərlə görüşdüyünü bildirir. İctimai əsaslar isə ən yaxşı halda ictimai xarakterli fəaliyyəti nəzərdə tutur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}