Ukrayna Türkiyə və digər ölkələrdən təhlükəsizlik zəmanəti istəyir
Tarix: 22-12-2023 18:36 | Bölmə: Siyasət
Ukrayna Türkiyə və digər ölkələrdən təhlükəsizlik zəmanəti istəyir

Ukrayna Prezident Aparatının rəhbəri, ölkənin əsas strateqlərindən hesab edilən Andrey Yermak Ukrayna üçün təhlükəsizlik zəmanəti bəyannaməsinə hələ də qoşulmayan Avropa İttifaqı və Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) ölkələrinin adını çəkib.

Reyting.az
xəbər verir ki, bu barədə Ukrayna prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, Yermak səfirlər və diplomatik nümayəndəliklərin rəhbərləri ilə videokonfrans vasitəsilə “Yeddilik Qrupu” və Ukrayna liderlərinin Vilnüsdə qəbul edilmiş Birgə Bəyannaməsi əsasında Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişlərin icra vəziyyəti ilə bağlı görüş keçirib.

Yermak Birgə Bəyannaməyə 31 dövlətin qoşulduğunu vurğulayıb. Xüsusilə, bütün G7 ölkələri, Hollandiya və Avropa İttifaqı ilə Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair sazişlər üzrə ikitərəfli məsləhətləşmələr başlayıb.

Prezident Aparatının rəhbəri qeyd edib ki, Fransa, İtaliya, Almaniya və Böyük Britaniya müvafiq saziş layihələri təqdim ediblər.

Yermakın sözlərinə görə, 15 dövlət Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinə dair ikitərəfli sazişlərin bağlanması üzrə məsləhətləşmələrə başlamağa hazır olduqlarını bildiriblər. Onun sözlərinə görə, Avropa İttifaqının 27 ölkəsindən hazırda yalnız altısı (Avstriya, Xorvatiya, Malta, Polşa, Slovakiya və Macarıstan) Birgə Bəyannaməyə qoşulmayıb. Həmçinin, 31 NATO ölkəsindən beşi hələ bəyannaməyə dəstəyini ifadə etməyib. Bunlar Türkiyə, Polşa, Slovakiya, Macarıstan və Xorvatiyadır.

Ukrayna rəsmisi dövlətləri bu mühüm sənədə qoşulmağa çağırıb.

“Vilnüsdə bağlanmış bəyannamə təkcə ikitərəfli sazişləri nəzərdə tutmur. Təhlükəsizliyə təminat üzrə çoxtərəfli sazişlərin bağlanması da mümkündür. Bu, Qara dənizdə təhlükəsizlik perspektivli mövzulardan biri ola bilər”, - deyə Yermak əlavə edib.

Yermak həmçinin qeyd edib ki, Ukrayna təhlükəsizlik zəmanətləri üzrə sazişlərin bağlanması üçün ölkələrlə məsləhətləşmələrdən ikitərəfli danışıqlara keçməyə hazırdır. O, müvafiq sazişlərin hüquqi müstəvidə olmasının və sonrakı ratifikasiyasının vacibliyini qeyd edib.

Prezident Aparatı rəhbərinin müavini İqor Jovkva isə deyib ki, məsləhətləşmələr zamanı Ukrayna üçün təhlükəsizlik zəmanətləri ilə bağlı qanuni qüvvəyə malik sazişlərin bağlanmasının zəruriliyində israrlıdırlar.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}