Avropa İttifaqının altı ölkəsi Ukraynaya təhlükəsizlik zəmanəti vermir
Tarix: 24-12-2023 10:21 | Bölmə: Siyasət
Avropa İttifaqının altı ölkəsi Ukraynaya təhlükəsizlik zəmanəti vermir

Avropa İttifaqının (Aİ) altı ölkəsi Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsinə qoşulmayıb. Bunu Ukrayna prezidenti Vladimir Zelenskinin aparat rəhbərinin müavini Andrey Sibiqa bildirib.

Reyting.az
xəbər verir ki, Ukrayna üçün təhlükəsizlik zəmanətləri bəyannaməsinə qoşulmayan ölkələr Avstriya, Xorvatiya, Polşa, Macarıstan, Slovakiya və Maltadır.

A. Sibiqa hesab edir ki, bu dövlətlərin bəyannamənin tərəfi olmaq üçün siyasi iradəsi var.

Onu da qeyd edək ki, Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak bildirib ki, bəyannaməyə 30-dan çox ölkə qoşulub.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}