Zahid Oruc üçün imzatoplama kampaniyası davam edir
Tarix: 25-12-2023 12:41 | Bölmə: Siyasət
Zahid Oruc üçün imzatoplama kampaniyası davam edir

Prezident seçkilərində namizədliyi öz təşəbbüsü ilə irəli sürülən Zahid Orucun Mərkəzi Seçki Qərargahı seçici imzalarının toplanması məqsədilə tədbirlər həyata keçirir.

Bu barədə Reyting.az-a Mərkəzi Seçki Qərargahından bildiriblər.

Məlumata görə, Seçki Məcəlləsinin 2 və 2 “A” saylı əlavələrində göstərilən formada tərtib olunan, namizədin rəsmən qeydiyyatı üçün səsvermə hüquqlu şəxslərin minimum 60 dairəni və ən azı 50 nəfəri əhatə etməklə 40 min etibarlı imzanın toplanması istiqamətində intensiv təşkilati tədbirlər görülür.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar prezident seçkiləri 7 fevral 2024-cü ildə keçiriləcək.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}