Rusiyanın iri desant gəmisi vurulub
Tarix: 26-12-2023 11:29 | Bölmə: Siyasət
Rusiyanın iri desant gəmisi vurulub

Ukrayna Silahlı Qüvvələrinin Krıma hücumu zamanı Rusiyanın "Novoçerkassk" iri desant gəmisi zədələnib.

Reyting.az
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Müdafiə Nazirliyi zərərin xarakterini dəqiqləşdirməsə də, Ukrayna Silahlı Qüvvələrinin idarə olunan raketlərdən istifadə etməklə yarımadaya zərbələr endirməyə cəhd göstərdiyi bildirilir.

Məlumata görə, Nikolayev vilayətinin Jovten kəndi yaxınlığında Rusiyanın hava hücumundan müdafiə sistemləri raket buraxan iki Ukrayna “Su-24” təyyarəsini vurub.

Hücum zamanı Krım körpüsündə nəqliyyatın hərəkətinin bir saatlıq dayandırıldığı, Cankoy və Feodosiya arasında hərəkət edən qatarların hərəkət cədvəlinin dəyişdirildiyi də verilən məlumatlar sırasındadır.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}