Prezident seçkisi: YAP 50 min imzanı MSK-ya təqdim edib
Tarix: 26-12-2023 18:23 | Bölmə: Siyasət
Prezident seçkisi: YAP 50 min imzanı MSK-ya təqdim edib

Yeni Azərbaycan Partiyası 50 min seçici imzasının olduğu imza vərəqələrini Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edib.

Reyting.az 
xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyası məlumat yayıb.

Bildirilib ki, YAP 2024-cü il fevralın 7-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidenti seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə irəli sürdüyü namizəd İlham Heydər oğlu Əliyevin müdafiəsi üçün topladığı 50 min seçici imzasının olduğu imza vərəqələrini Azərbaycan Respublikası Seçki Məcəlləsinin 58.1-ci maddəsinə əsasən tələb olunan digər sənədlərlə birlikdə bu gün, dekabrın 26-da Mərkəzi Seçki Komissiyasına təqdim edib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}