Azərbaycan və İran XİN başçıları telefonda danışıblar
Tarix: 26-12-2023 20:14 | Bölmə: Siyasət
Azərbaycan və İran XİN başçıları telefonda danışıblar

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahian arasında telefon danışığı baş tutub.

Reyting.az
XİN-ə istinadla xəbər verir ki, telefon danışığı zamanı Azərbaycan və İran arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində duran məsələlər, habelə regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Telefon danışığında, həmçinin qarşılıqlı maraq doğuran regional əməkdaşlıq məsələləri müzakirə olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}