Prezident seçkiləri ilə bağlı QHT koalisiyası yaradılıb - Foto
Tarix: 27-12-2023 01:08 | Bölmə: Siyasət
Prezident seçkiləri ilə bağlı QHT koalisiyası yaradılıb

7 fevral 2024-cü ilə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin növbədənkanar seçkilərinin monitorinqinin keçirilməsi məqsədilə “Seçki Müşahidə və Təhlil Qrupu” adlı koalisiya yaradılıb. Koalisiya Rafiq İsmayılovun rəhbərlik etdiyi Vətəndaş Cəmiyyəti Uğrunda Mərkəz, Mirvari Qəhrəmanlının rəhbərlik etdiyi Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı və Osman Gündüzün rəhbərlik etdiyi “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi tərəfindən 20 dekabr 2023-cü ildə təsis edilib.

Reyting.az
xəbər verir ki, Koalisiya tərəfindən aparılacaq monitorinq namizədlərin seçkiqabağı kampaniyalarının təşviqatı, elektron, çap media resursları, eləcə də sosial şəbəkələr tərəfindən seçki qanunvericiliyinə riayət olunması, siyasi qüvvələr arasında bərabər rəqabət imkanları, namizədlərin seçicilərlə görüşlərinin sayı, seçicilərin iştirakı, seçki günü ərzində baş verən qanun pozuntularının qeyd olunması, seçki prosesinə aid digər mühüm aspektləri əhatə edəcəkdir.



Fəaliyyət planına əsasən, seçki günü ərzində Koalisiya tərəfindən keçiriləcək monitorinq Bakı şəhəri də daxil olmaqla 60 seçki dairəsi üzrə olacaqdır. Bu məqsədlə 1000-dən artıq könüllünün cəlb olunması, onlar üçün müvafiq təlimlərin hazırlanması planlaşdırılır. Fəaliyyət zamanı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Avropa Şurası və Avropa Birliyinin Bakıdakı nümayəndəlikləri, digər beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi planlaşdırırlır. Monitorinqin ilkin və yekun nəticələrinə dair hesabatlar ictimaiyyətə, hökumətə, xarici və beynəlxalq təşkilatlara təqdim olunacaqdır.

Beləliklə, görüləcək fəaliyyət nəticəsində Azərbaycanda keçiriləcək seçkilərin real mənzərəsi təsvir olunaraq, seçki prosesinin daha da təkmilləşdirilməsi məqsədilə tövsiyələrin təqdim olunması vasitəsilə ölkəmizin demokratikləşməsinə töhfə veriləcəkdir.

Onu da qeyd edək ki, Koalisiyanın qeydiyyata alınması ilə bağlı MSK-ya müraciət olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}