Fərid Şəfiyev: "Ermənistan Azərbaycanın təkliflərini qəbul edərsə..."
Tarix: 27-12-2023 13:25 | Bölmə: Siyasət
Fərid Şəfiyev: "Ermənistan Azərbaycanın təkliflərini qəbul edərsə..."

"Sülhlə bağlı Azərbaycanın təklifləri Ermənistana təqdim olunub, bundan sonra sülh müqaviləsinin imzalanması artıq Ermənistandan asılıdır".

Bunu “Report”a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.

“Bizim təkliflərimiz Ermənistana təqdim olunub. Ona görə də ”, - deyə o qeyd edib.

F. Şəfiyev vurğulayıb ki, Ermənistan Azərbaycanın təklifini qəbul edərsə, müqaviləni tezliklə imzalamaq mümkün olacaq: “Ermənistan parlamentinin spikeri Alen Simonyan dünən qeyd edib ki, iki tərəf sülh müqaviləsini imzalamağa yaxındır. Bu, o deməkdir ki, yəni ola bilsin, doğrudan da onlar Azərbaycanın təkliflərini qəbul edirlər. Amma yenə deyirəm, Azərbaycan təklifi verib, indi bir çox şey Ermənistandan asılıdır, onlar qəbul etsələr, biz sülh müqaviləsini tezliklə imzalaya biləcəyik. Amma iş uzanarsa, bu barədə dəqiq vaxt demək çətindir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}