13:14 / 16-05-2024
Azərbaycanda əhali artıb
12:57 / 16-05-2024
Sabah yağış yağacaq
Gürcüstan prezidenti Rusiyanın yeni ilhaq siyasətini pisləyib
Tarix: 27-12-2023 21:23 | Bölmə: Siyasət
Gürcüstan prezidenti Rusiyanın yeni ilhaq siyasətini pisləyib

“Rusların Gürcüstan torpaqlarının növbəti zəbtini və ilhaq siyasətini pisləyirəm”.

Reyting.az
xəbər verir ki, bunu Gürcüstan prezidenti Salome Zurabişvili “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

S. Zurabişvili beynəlxalq ictimaiyyəti rusların bu hərəkətinə cavab verməyə çağırıb.

“Biçvintada daçaların köçürülməsi ilə bağlı gördüyümüz insanların sərt reaksiyası birbaşa işğalın nəticəsidir. Mən beynəlxalq ictimaiyyəti güclü və sürətli reaksiya verməyə çağırıram”, - deyə S. Zurabişvili qeyd edib.

Qeyd edək ki, işğal olunmuş Abxaziyanın qondarma parlamenti dövlət daçalarının Rusiyaya verilməsi haqqında sazişi təsdiqləyib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}