Laçına növbəti köç karvanı yola salınıb - Yenilənib
Tarix: 28-12-2023 16:54 | Bölmə: Siyasət
Laçına növbəti köç karvanı yola salınıb

Bu gün Laçın şəhərinə növbəti köç karvanı yola salınıb.

Reyting.az
xəbər verir ki, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçına daha 25 ailə - 80 nəfər köçürülüb.

Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Onu da qeyd edək ki, Bakı şəhərindən 13 ailə-38 nəfər, Bərdə rayonundan 5 ailə -17 nəfər, Sumqayıt şəhərindən 5 ailə -15 nəfər, Abşeron rayonundan 2 ailə-10 nəfər Qaradağ rayonu “Qobu Park-3” köçkün şəhərciyində məktəbin qarşısından Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Laçın RİH-nin nümayəndələri tərəfindən yola salınıb.

Xatırladaq ki, indiyədək Laçın şəhərinə 408 ailənin, yəni 1555 nəfərin daimi məskunlaşması təmin edilib.

***

Bakı şəhərinin Qaradağ rayonundan dekabrın 28-də yola salınan növbəti köç karvanı Laçın şəhərinə çatıb.

Reyting.az
xəbər verir ki, 25 ailədən ibarət 80 nəfərə yeni mənzillərin açarları təqdim olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}