STM-də "Qərbi Azərbaycan yolunda" mövzusunda dinləmə keçirilib
Tarix: 28-12-2023 11:28 | Bölmə: Siyasət
STM-də "Qərbi Azərbaycan yolunda" mövzusunda dinləmə keçirilib

Sosial Tədqiqatlar Mərkəzində (STM) "Qərbi Azərbaycan yolunda" mövzusunda ictimai dinləmə keçirilib.

Reyting.az
xəbər verir ki, tədbirdə STM-in İdarə Heyətinin sədri, deputat Zahid Oruc, politoloqlar, siyasi şərhçilər və media nümayəndələri iştirak ediblər.

STM-in Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının əhəmiyyətindən danışıb. O, bunun tarixi proses olduğunu qeyd edib.

Deputat Z.Oruc isə bildirib ki, əgər Qarabağ zəfəri olmasaydı, Qərbi Azərbaycan mövzusu gündəliyə bu qədər sistemli şəkildə gəlməzdi: "Qarabağ məsələsinin həlli bütün tarixi torpaqlara qayıdış ruhunu dirçəldib. Bu mənada, Qarabağ zəfəri müstəsna əhəmiyyətə malikdir".

Qurumun sektor müdiri İlyas Hüseynov isə Qərbi Azərbaycana qayıdışın hüquqi aspektlərinə toxunub.

Ardınca jurnalistlərin sualları cavablandırılıb.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}