Türkiyə ABŞ-ın “F-16” vədini yerinə yetirməsini gözləyir
Tarix: 28-12-2023 14:41 | Bölmə: Siyasət
Türkiyə ABŞ-ın “F-16” vədini yerinə yetirməsini gözləyir

Türkiyənin xarici işlər naziri Hakan Fidan çərşənbə günü ABŞ dövlət katibi Antoni Blinkenlə telefonla danışıb.

Reyting.az
-ın xarici KİV-lərə istinadla verdiyi məlumata görə, H. Fidan A. Blinkenə deyib ki, Ankara Amerika tərəfinin “F-16” qırıcılarının satışı ilə bağlı öhdəliklərini yerinə yetirməsini gözləyir.

Bundan əlavə, Türkiyənin xarici işlər naziri Blinkenə bildirib ki, İsveçin NATO-ya üzvlüklə bağlı müraciəti məsələsi Türkiyə parlamentində qəbul edilmiş prosedurlara uyğun olaraq həll olunur.

Tərəflər Qəzza zolağında baş verənləri də müzakirə ediblər. Fidan dərhal atəşkəsə nail olmaq və sülh danışıqlarına başlamağın vacibliyini vurğulayıb.

E. KAMAL





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}