Rusların gecə döyüşü: Ukraynaya qarşı 158 hava hücumu silahından istifadə olunub
Tarix: 29-12-2023 14:49 | Bölmə: Siyasət
Rusların gecə döyüşü: Ukraynaya qarşı 158 hava hücumu silahından istifadə olunub
Valeri Zalujnı

29 dekabr gecəsi Rusiya ordusu Ukraynaya qarşı 158 hava hücumu silahından istifadə edib.

Reyting.az
bildirir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı Telegram-da məlumat verib.

V. Zalujnı deyib ki, ilkin nəticələrə görə, bu gecə ruslar Ukraynaya qarşı 158 hava hücumu silahından - müxtəlif tipli raketlər və hücum PUA-larından istifadə edib. Hərbi Hava Qüvvələri Ukrayna Müdafiə Qüvvələrinin bölmələri ilə birgə 27 “Şahed-136/131” PUA-sı, 87 qanadlı Kh-101/Kh-555/Kh-55 raketini məhv edib.

Zalujnın sözlərinə görə, əvvəlcə işğalçılar ənənəvi olaraq şimal və cənub-şərq istiqamətindən “Şahed”lərlə hücuma keçib, ardınca qərb istiqamətində hərəkət ediblər. Cəmi 36 “Şahed-136/131” PUA-nın hücumu qeydə alınıb.

Zalujnı əlavə edib ki, təxminən saat 3:00 radələrində Rusiya qüvvələri strateji təyyarələri - Tu-95MS bombardmançılarını qaldırıb.

“Səhər saat 05:00 radələrində Kursk vilayətindən düşmən “Tu-22M3” uzaqmənzilli bombardmançı təyyarələrindən istifadə edərək, şimal və mərkəzi rayonlar istiqamətində 8 ədəd “Kh-22/Kh-32” qanadlı raket atıb. Eyni zamanda işğalçılar Xarkovu “S-300” zenit-raket kompleksləri ilə vurub. Ümumilikdə düşmən işğal olunmuş Krım, Kursk və Belqorod vilayətlərindən ballistik trayektoriya üzrə uçan ən azı 14 raketi – “S-300”, “S-400” “İskəndər-M” atıb. Səhər saat 6:30-da Həştərxan vilayətindən beş ədəd “Kh-47M2 Kinjal” aeroballistik raketinin buraxılışını həyata keçirən beş “MiQ-31K” qırıcısının havaya qalxması qeydə alınıb”, - deyə Ukrayna Silahlı Qüvvələrin Ali Baş Komandanı bildirib.

O, həmçinin əlavə edib ki, “Su-35” taktiki təyyarələrindən 4 ədəd “Kh-31P” və 1 ədəd “Kh-59” antiradar raketlərindən istifadə edilib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}