Kreml: “Biz də Qərbin aktivlərini müsadirə edə bilərik”
Tarix: 29-12-2023 15:29 | Bölmə: Siyasət
Kreml: “Biz də Qərbin aktivlərini müsadirə edə bilərik”

“Qərb ölkələrinin oxşar hərəkətlərinə cavab olaraq Rusiya Federasiyasının müsadirə edə biləcəyi aktivlərin siyahısı var”.

Reyting.az
xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ-ın “Yeddilik” qrupuna (G7) Rusiyanın 300 milyard dollarlıq aktivlərinin müsadirə edilməsi təklifini şərh edərkən bildirib.

Peskovun sözlərinə görə, Rusiya Federasiyası Rusiya aktivlərinin müsadirəsi üçün mümkün cavab addımlarını əvvəlcədən təhlil edib və Moskva hər şeyi öz maraqları əsasında həyata keçirəcək.

Peskov qeyd edib ki, ABŞ-ın təklifi qanuni ola bilməz və beynəlxalq iqtisadiyyatı sarsıdacaq.

Y. QACAR




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}