Danilov: “Ukraynanın qisası sərt olacaq”
Tarix: 29-12-2023 17:52 | Bölmə: Siyasət
Danilov: “Ukraynanın qisası sərt olacaq”

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bəyan edib ki, Ukrayna şəhərlərinə raket hücumları Rusiya Federasiyasının özü üçün əks-effektə gətirib çıxaracaq.

Reyting.az
xəbər verir ki, bu barədə Danilov “X” sosial şəbəkəsində yazıb. O, qeyd edib ki, bu günü “soyuq nifrət və isti ürəklə” qarşılamaq lazımdır.

“Müvəqqəti olaraq mövcud olan Rusiyanın raket spazmları Kreml əclaflarının gözlədiyindən tam əks-effekt verdi və verəcəkdir, lakin onlar Ukraynanı heç vaxt başa düşməyiblər və başa düşməyəcəklər”, - Danilov yazıb.

Bununla əlaqədar, o, Rusiya Federasiyasından bugünkü raket hücumunun yaradacağı 5 nəticəni təqdim edib:

Birinci, bu, Rusiyaya və irqçi rejimi heyvani təslimiyyətlə dəstəkləyən ruslara daha böyük nifrət yaradır.

İkinci, söhbət rusluqla əlaqəli hər şeyin - mədəniyyətin, dilin, adət-ənənənin maksimum dərəcədə rədd edilməsindən gedir. Uşaqları öldürən və doğum evlərini hərbi hədəf kimi seçən ölkə.

Üçüncü, imperatorluğun irinli bir parçası olan ölkə ilə hər hansı güzəştə getmək istiqamətində danışıqların və hərəkətlərin qarşısının alınması.

Dördüncü, milli müqavimət ideyası və hərəkatının kristallaşması.

Beşinci, bu, Ukraynada hər hansı rusiyayönlü hərəkatların mövcudluğu ehtimalının son məhvidir.

Danilov əlavə edib: “Bu, öz əli ilə öz məzarını qazan bir bunker siçovulunun işidir, Ukraynaya hücum etmək qərarına gəlib və nəticə onu basdıracaq. Biz nə qədər lazımdırsa, o vaxta qədər döyüşəcəyik”.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi əmin edib ki, Rusiyanın Dnepr, Odessa, Lvov və Kiyev kimi şəhərlərə hücumlarından sonra cavab yavaş olmayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}