Mixail Qaluzin: “Rusiyanın Ermənistandakı hərbi bazasının müzakirəsi zərərlidir”
Tarix: 30-12-2023 13:04 | Bölmə: Siyasət
Mixail Qaluzin: “Rusiyanın Ermənistandakı hərbi bazasının müzakirəsi zərərlidir”

Ermənistanda Rusiya hərbi bazasının olması ilə bağlı hər hansı müzakirə yersiz və zərərlidir.

Reyting.az
“RİA Novosti”-yə istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Qaluzin xatırladıb ki, 1995-ci il martın 16-da bağlanmış müqaviləyə əsasən, Rusiya hərbçilərinin Ermənistanda qalma müddəti 49 ildir və bundan sonra avtomatik olaraq daha 5 il uzadılır. Onun sözlərinə görə, bu müqavilə hər iki dövlətin milli maraqlarına əsaslanır.

Nazir müavini bildirib ki, Rusiyanın əsgər və zabitləri təkcə Ermənistanda deyil, bütün Cənubi Qafqazda sülh və təhlükəsizliyi effektiv şəkildə təmin etməkdə davam edirlər.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Ermənistanda Rusiya hərbi bazasının yaradılmasının məqsədəuyğunluğundan danışıb. S. Lavrov bəyan edib ki, Gümrüdəki 102-ci Rusiya hərbi bazası regionda sülhün təmin edilməsində əsas elementdir və bunun hər hansı müzakirəsi zərərlidir.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}