Putin üçün yarım milyondan çox imza toplanıb
Tarix: 30-12-2023 15:46 | Bölmə: Siyasət
Putin üçün yarım milyondan çox imza toplanıb

Rusiya prezidentliyinə namizəd Vladimir Putini dəstəkləyən vətəndaş imzalarının ilk partiyası onun seçki qərargahına təqdim olunub.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, prezident seçkilərində Vladimir Putinin namizədliyini dəstəkləmək üçün bütün Rusiya üzrə yarım milyondan çox vətəndaşın imzası toplanıb.

Məlumata görə, ölkənin bütün bölgələrində Putinə dəstək üçün imza toplanması davam edir.

Rusiya qanunlarına görə, prezidentliyə namizədliyi irəli sürülən şəxs üçün ən azı 300 min vətəndaşın imzasını toplanmalıdır. Eyni zamanda, Rusiya Federasiyasının hər bir subyektində namizədi ən azı 7,5 min seçici dəstəkləməlidir.

Xatırladaq ki, dekabrın 8-də Rusiya prezidenti Vladimir Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri 2024-cü ilin mart ayında keçiriləcək.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}