Qəzzadakı müharibə bütün bölgəyə yayıla bilər
Tarix: 03-01-2024 23:43 | Bölmə: Siyasət
Qəzzadakı müharibə bütün bölgəyə yayıla bilər

İsrailin Qəzza zolağına təxminən 3 aya yaxındır davam edən hücumları nəticəsində ölənlərin sayı 22 mini keçib. Dünən Livanın paytaxtı Beyrutda baş verən partlayış “regional müharibə” ilə bağlı narahatlıqları artırıb.

Reyting.az
xatırladır ki, dünən HƏMAS-ın yüksək səviyyəli simalarından olan Salih əl-Aruuri İsrailin Livanın paytaxtı Beyrutda həyata keçirdiyi pilotsuz təyyarə hücumu nəticəsində həyatını itirib. Bildirilir ki, bu sui-qəsd bölgədəki müharibənin Qəzza zolağının hüdudlarından kənara çıxması riskini bir daha gündəmə gətirib.

Qeyd olunur ki, 57 yaşlı Aruri İsrailin Qəzzaya havadan və qurudan hücuma keçməsindən sonra HƏMAS-ın öldürülən ilk yüksək rütbəli lideri olub. İordan çayının qərb sahilində fələstinlilər küçələrə çıxaraq Arurinin qisasını alacaqlarına söz veriblər. Müharibə başlayandan bəri Livan sərhədində İsraillə vuruşan “Hizbullah” təşkilatının lideri Həsən Nəsrullah İsraildən qisas alacaqlarını bəyan edərkən, dünən gecə sərhəddə qarşıdurmalar daha da şiddətlənib. HƏMAS həmçinin İsraillə əsir mübadiləsi və atəşkəslə bağlı dolayı danışıqların başa çatdığını açıqlayıb.

Qırmızı dənizdə hücumlarını gücləndirən Yəməndə husilər dünən daha iki raket atıblar. Arurinin qətlindən sonra İordan çayının qərb sahilinin bir çox şəhərində yüzlərlə fələstinli küçələrə çıxaraq “intiqam” şüarları səsləndiriblər.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}