12:12 / 21-05-2024
Sabah yağış yağacaq
11:26 / 21-05-2024
Rəisinin varisi kimdir?
23:54 / 20-05-2024
Masallı sakini güllələnib
Ali Məhkəmə baş nazirin qərarını təxirə salıb
Tarix: 05-01-2024 09:55 | Bölmə: Siyasət
Ali Məhkəmə baş nazirin qərarını təxirə salıb

İsrarla tətbiq etmək istədiyi məhkəmə islahatı Ali Məhkəmə tərəfindən ləğv olunan İsrailin baş naziri Binyamin Netanyahuya qarşı daha bir qərar qəbul edilib. Bu dəfə Ali Məhkəmə Netanyahunun işdən çıxarılmasını məhdudlaşdıran qanunu təxirə salıb.

Reyting.az
bildirir ki, bir müddət əvvəl İsraildə böyük küçə hadisələrinə səbəb olan Netanyahunun məhkəmə islahatını ləğv edən İsrail Ali Məhkəməsi bu dəfə Netanyahu hökuməti tərəfindən parlamentin qəbul etdiyi və baş nazirin Ali Məhkəmə tərəfindən vəzifədən uzaqlaşdırıla biləcəyi səlahiyyətini məhdudlaşdıran qanunu təxirə salmalı olub.

Ali Məhkəmənin heyəti, 5 əleyhinə 6 səslə sözügedən qanunun növbəti ümumi seçkilər keçirildikdən sonra növbəti parlament dövrünün əvvəlində qüvvəyə minməsi qərarına gəlib. Ali Məhkəmə öz qərarında qeyd edib ki, sözügedən qanun “açıq-aydın şəxsi düzəlişdir” və parlament əsas qanunlar üzərində öz səlahiyyətlərindən lazımınca istifadə edib.

“Bütün qanunvericilik prosesi konkret bir şəxsin, indiki baş nazirin xeyrinə həyata keçirildi”,- İsrail Ali Məhkəməsi sədrinin müavini deyib. O, izah edib ki, məhkəmə sözügedən qanunun icrasının şəxsi aspektinə görə parlamentin növbəti müddətinə təxirə salınmasına qərar verib.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}