23:54 / 20-05-2024
Masallı sakini güllələnib
ABŞ dövlət katibi Türkiyəyə gəlir - Nələr müzakirə olunacaq?
Tarix: 05-01-2024 10:04 | Bölmə: Siyasət
ABŞ dövlət katibi Türkiyəyə gəlir - Nələr müzakirə olunacaq?

ABŞ dövlət katibi Antoni Blinken bu gün axşam saatlarında Türkiyəyə gələcək və şənbə günü İstanbulda danışıqlar aparılacaq.

Reyting.az
xəbər verir ki, Türkiyə prezidenti Ərdoğanın Blinkeni qəbul edəcəyi nəzərdə tutulur.

Bundan başqa, Türkiyə xarici işlər naziri Hakan Fidan ilə Antoni Blinkenin görüşündə nümayəndə heyətləri də iştirak edəcək.

Ehtimala görə, təmaslarda əsasən “F-16”-lar, İsveç və təbii ki, regional məsələlər müzakirə olunacaq. Eyni zamanda ABŞ-ın Egeydə silah balansını pozmaması kimi məsələlər də müzakirə mövzusu ola bilər.

Rəsmi açıqlama verilməsə də, ehtimala görə, Blinkenin ilk dayanacağı məntəqə İstanbul olacaq. Türkiyə və Amerika rəsmləri arasında əsas danışıqların şənbə günü baş tutacağı gözlənilir. Daha sonra Blinken Yunanıstanda müzakirələr aparacaq.

Qeyd edək ki, A. Blinkenin səfəri İranda baş verən terror aktı və bunun nəticəsində İran prezidenti Rəisinin Türkiyə səfərinin təxriə salınması ilə eyni vaxtda təsadüf edir.

Xatırladaq ki, bundan əvvəl Türkiyəyə səfər edən Blinken prezident Ərdoğan tərəfindən qəbul edilməmişdi.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}