Baş nazir kabinetin iclaslarında iştirak edənləri yalan makinasından keçirmək istəyir
Tarix: 08-01-2024 11:02 | Bölmə: Siyasət
Baş nazir kabinetin iclaslarında iştirak edənləri yalan makinasından keçirmək istəyir

İsrailin baş naziri Benyamin Netanyahu hökumət kabinetinin iclaslarında müzakirə edilən məsələlərin mətbuata sızmasından narahat olduğunu bildirib.

Reyting.az
-ın xəbərinə görə, milli təhlükəsizlik məsələlərinin müzakirə olunduğu görüşlərlə bağlı məlumatların mətbuata sızdırıldığını qeyd edən Netanyahu deyib ki, bu görüşlərə qatılan kabinet üzvlərinin və yüksək rütbəli məmurların yalan makinasından keçirilməsini tələb edən qanun qəbul etmək istəyir.

“Biz sızma epidemiyası yaşayırıq və mən bu yolu davam etdirmək istəmirəm. Buna görə də, siyasətçilər və yüksək rütbəli məmurlar da daxil olmaqla, kabinetdə və təhlükəsizlik iclaslarında iştirak edən hər kəs poliqrafiya olunsun”, - deyə baş nazir əlavə edib.

Netanyahunun yalan makinası həmləsi Baş Qərargah rəisi Herzi Halevi də daxil olmaqla bir çox nazir və ordunun yüksək səviyyəli rəsmiləri arasında müharibədən sonrakı Qəzza zolağının müzakirə edildiyi 4 yanvardakı Təhlükəsizlik Kabinetinin iclasında aparılan müzakirələrin mətbuatda əks olunmasından sonra baş verib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}