HƏMAS liderinin mühafizəçisinin İsrail kəşfiyyatı ilə əlaqəsi üzə çıxıb
Tarix: 09-01-2024 09:32 | Bölmə: Siyasət
HƏMAS liderinin mühafizəçisinin İsrail kəşfiyyatı ilə əlaqəsi üzə çıxıb
Xalid Meşal

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Kəşfiyyat Şöbə Müdirliyinin İsrail kəşfiyyatının (Mossad) Türkiyədəki agentlərinə qarşı keçirdiyi əməliyyat nəticəsində təəccüblü təfərrüatlar ortaya çıxır.

Reyting.az
-ın xəbərinə görə, İstanbul Prokurorluğunun apardığı istintaq çərçivəsində, İsrail Kəşfiyyat Xidmətinin kəşfiyyat, təqib, hücum və əcnəbiləri qaçırma məqsədlərinin olduğunu müəyyən ediblər.

Beynəlxalq casusluq fəaliyyəti ilə məşğul olmaqda şübhəli bilinən 46 nəfər barəsində həbs qətimkan tədbiri seçilib. Prokurorluqdakı əməliyyatlardan sonra 34 şübhəlidən 26-sı “Siyasi və ya Hərbi Casusluq” cinayətində ittiham edilərək məhkəmə qarşısına çıxarılıb. 8 şübhəli isə deportasiya olunmaq üçün Miqrasiya İdarəsinə təhvil verilib. Məhkəməyə aparılan 15 nəfər həbs olunub, 11 şübhəli barəsində məhkəmə nəzarəti qərarı qəbul edilib.

“CNN Türk” bildirir ki, saxlanılan şəxslərdən biri HƏMAS lideri Xalid Meşalın yaxın mühafizəçisidir və bu şəxsin Mossad agentləri ilə əlaqəsi var.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}