Seçkiqabağı təşviqat üçün görüş yerlərinin siyahısı açıqlanıb
Tarix: 09-01-2024 10:47 | Bölmə: Siyasət
Seçkiqabağı təşviqat üçün görüş yerlərinin siyahısı açıqlanıb

2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərində seçkiqabağı təşviqat üçün ayrılmış daimi görüş yerlərinin siyahısı açıqlanıb.

Bununla bağlı siyahını Mərkəzi Seçki Komissiyası (MSK) təqdim edib.

MSK-nın rəsmi saytında yerləşdirilən siyahıya əsasən, daimi görüş yerləri 139-u açıq, 139-u qapalı olmaqla, ölkə üzrə ümumilikdə 278 yer müəyyən olunub.

Həmin siyahıda Zəngilan rayonunun Ağalı kəndində, Şuşa şəhərində, Laçın şəhəri və Laçının Zabux kəndi ərazisində ayrılan yerlər də qeyd olunub.

MSK-nın ayırdığı yerlərdən bütün təşviqat subyektləri bərabər əsaslarla ödənişsiz istifadə edə bilərlər.

Qeyd edək ki, növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin edilib. Bu, işğaldan azad edilmiş ərazilərdə də keçiriləcək ilk seçkidir(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}