Prezident seçkisi: xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib
Tarix: 09-01-2024 16:54 | Bölmə: Siyasət
Prezident seçkisi: xaricdəki seçki dairələrinin siyahısı təsdiqlənib

Ölkə hüdudlarından kənarda səs verən seçicilərin seçici siyahılarına alınması məqsədilə müvafiq seçki dairələrinin siyahısı təsdiqlənib.

Reyting.az 
xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında qurumun sədr müavini Rövzət Qasımov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Xarici İşlər Nazirliyi növbədənkənar prezdent seçkilərində xaricdə yaşayan seçicilərin siyahısını artıq Mərkəzi Seçki Komissiyasına təqdim edib.

Həmin siyahıya 15 saylı Yasamal Birinci, 16 saylı Yasamal İkinci, 17 saylı Yasamal Üçüncü və 19 saylı Nərimanov Birinci seçki dairələri daxildir.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}