Pentaqon rəhbərinə xərçəng xəstəliyi diaqnozu qoyulub
Tarix: 10-01-2024 08:46 | Bölmə: Siyasət
Pentaqon rəhbərinə xərçəng xəstəliyi diaqnozu qoyulub

Uolter Rid Milli Hərbi Tibb Mərkəzindən verilən açıqlamaya görə, ABŞ-ın müdafiə naziri Lloyd Ostin prostat (prostat vəzi) xərçəngindən müalicə olunur və yeni il günü xəstəxanaya yerləşdirilməsinə səbəb ağırlaşmalardan əziyyət çəkməsidir.

Reyting.az
xəbər verir ki, L. Ostində xərçəng xəstəliyi dekabrın əvvəlində aşkar edilib.

Dekabrın 22-də o, xərçəngin müalicəsi üçün “minimal invaziv cərrahi əməliyyat” - prostatektomiya əməliyyatı keçirib.

“O, bu prosedur zamanı ümumi anesteziya altında olub. Ostin heç bir ağırlaşma olmadan əməliyyat olunub və səhəri gün evə qayıdıb. Ona erkən mərhələdə prostat xərçəngi diaqnozu qoyulub və əla proqnoza malikdir”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, Pentaqon Ostinin xəstəxanada qalması ilə bağlı məlumatları üç gün Ağ evdən gizli saxladığı üçün ABŞ-da qalmaqal yaranıb.

Onu da qeyd edək ki, ABŞ müdafiə naziri adi tibbi prosedurdan sonra yaranan fəsadlar səbəbindən yanvarın 1-də xəstəxanaya yerləşdirilib.

ELÇİN




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}