Zahid Orucun ictimai vəkilləri müəyyənləşib - Siyahı
Tarix: 10-01-2024 12:16 | Bölmə: Siyasət
Zahid Orucun ictimai vəkilləri müəyyənləşib

Azərbaycan Respublikası Prezidentliyinə namizəd Zahid Orucun ictimai vəkilləri məlum olub.

Reyting.az
xəbər verir ki, bu barədə prezidentliyə namizədin Seçki Qərargahından bildiriblər.

Məlumata görə, Seçki Qərargahının sədri professor Tahirə Allahyarova, ictimai vəkillər isə Əziz Əlibəyli, Elnur Çıraqov, Tural İsmayılov, Aytən Babayeva, İlyaz Hüseynov, Əfqan Vəliyev və Şəhla Cəlilzadədir.

Qeyd edək ki, bu il fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}