Yeni Kaledoniyada Fransaya qarşı etiraz: Azərbaycan bayraqları qaldırılıb - Fotolar
Tarix: 11-01-2024 10:14 | Bölmə: Siyasət
Yeni Kaledoniyada Fransaya qarşı etiraz: Azərbaycan bayraqları qaldırılıb

Yanvarın 11-də Yeni Kaledoniya parlamentinin (Konqres) qarşısında etiraz aksiyası keçirilib.

Reyting.az
"Report"a istinadla xəbər verir ki, aksiya iştirakçıları Fransa hökumətinin Yeni Kaledoniyanın daxilində destabillik yaratmaq siyasətinə və yerli əhalinin hüquqlarının kobud şəkildə pozulmasına etirazlarını bildiriblər.

Aksiyada Azərbaycan və Yeni Kaledoniya bayraqları dalğalandırılıb.

Fransa hökumətinin yerli əhalinin mövqeyini nəzərə almadan konstitusiya dəyişiklikləri etməsini yolverilməz sayan aksiya iştirakçıları bildiriblər ki, kanaklar əhalinin maraqlarına zidd “konstitusiya islahatlarına” yox deyirlər.







Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}