Səbinə Əliyeva: "Seçki prosesi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək"
Tarix: 12-01-2024 10:17 | Bölmə: Siyasət
Səbinə Əliyeva: "Seçki prosesi ilə bağlı müvafiq tədbirlər həyata keçiriləcək"

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva seçki prosesi ilə bağlı hazırlıqların davam etdiyini və müvafiq tədbirlərin həyata keçiriləcəyini bildirib.

Məlumata görə, bunu o, "Vətəndaşların seçki hüququnun təmini" mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.

Ombudsman qeyd edib ki, bütün dünyada seçki vətəndaşların siyasi prosesdə kütləvi iştirakı prosesidir.

"Bu seçki bütün Azərbaycan ərazisində keçirilən ilk seçkidir. Ona görə bu məqam növbədənkənar prezident seçkisinin əhəmiyyətini daha da artırır"(Report).




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}