Baş nazir Ukraynaya 3 milyard dollardan çox hərbi dəstək elan edəcək
Tarix: 12-01-2024 12:09 | Bölmə: Siyasət
Baş nazir Ukraynaya 3 milyard dollardan çox hərbi dəstək elan edəcək

Yanvarın 12-də Kiyevə səfər edəcək Böyük Britaniyanın baş naziri Rişi Sunak gələn il Ukraynaya 2,5 milyard funt-sterlinq (3 milyard dollardan çox) hərbi dəstək veriləcəyini açıqlayacaq.

Reyting.az
-ın xəbərinə görə, bu barədə Britaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, yardım paketinə uzaqmənzilli raketlər, hava hücumundan müdafiə vasitələri və artilleriya mərmiləri daxil olacaq. Ayrılacaq vəsaitin təxminən 200 milyon funt-sterlinqi dronlara, xüsusən də uzaqmənzilli kəşfiyyat, zərbə və dəniz pilotsuz təyyarələrinə xərclənəcək. Bu, istənilən ölkədən Ukraynaya ən böyük dron tədarükü olacaq.

Baş nazirin Kiyevə səfəri zamanı Rusiyanın hava hücumlarına cavab verən xilasedicilərlə görüşəcəyi və Ukraynanın enerji infrastrukturunun gücləndirilməsinə yardım məqsədilə 18 milyard funt sterlinqlik humanitar yardımı açıqlayacağı gözlənilir.

Böyük Britaniya həmçinin Ukraynada ingilis dilini öyrənmək üçün əlavə maliyyə və resurslar da təmin edəcək.

Baş nazir Sunak Kiyevdə Ukrayna üçün ikitərəfli “təhlükəsizlik zəmanəti”nə dair yeni saziş də imzalayacaq.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}