Sülh danışıqlarında Rusiya da iştirak etməlidir - Nazir
Tarix: 15-01-2024 09:21 | Bölmə: Siyasət
Sülh danışıqlarında Rusiya da iştirak etməlidir

İsveçrənin xarici işlər naziri İqnazio Kassis bəyan edib ki, Rusiya Ukraynada müharibəyə son qoymaq üçün danışıqlarda iştirak etməlidir, çünki Kiyev Sülh Formulu sadəcə “təməldir”.

Reyting.az
xəbər verir ki, İ. Kassis fikirlərini Davosda Dünya İqtisadi Forumu ərəfəsində Formula Sülh üzrə milli təhlükəsizlik müşavirlərinin görüşündə deyib.

Onun sözlərinə görə, sülh danışıqlarında bu və ya digər şəkildə Rusiya da iştirak etməlidir və Moskvanın sözü olmadan sülh olmayacaq.

İ. Kassis qeyd edib ki, Kiyevlə Moskva arasında dialoq hələ baş tutmasa belə, sülh planı irəli aparılmalıdır: “Hər gün onlarla dinc sakin həlak olur. Bizim gözləməyə haqqımız yoxdur”.

Xatırladaq ki, daha əvvəl İ. Kassis Çinin də Ukraynada sülh danışıqlarına cəlb edilməsinin vacibliyini deyib: “Çin mühüm rol oynayır. Biz bu məsələdə Çinlə işləməyin yollarını tapmalıyıq”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}