14:06 / 03-05-2024
Kəlbəcərdə qəza olub
Ukraynalı general: “Ruslar bir neçə istiqamətdə irəliləyib”
Tarix: 16-01-2024 08:06 | Bölmə: Siyasət
Ukraynalı general: “Ruslar bir neçə istiqamətdə irəliləyib”

Ukrayna Silahlı Qüvvələrinin quru qoşunları hazırda aktiv müdafiə vəziyyətindədir və 1000 kilometr uzunluğunda olan cəbhənin şərq hissəsi boyunca mövqelər tutur.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı Aleksandr Sırski deyib.

General “Röyter”ə bildirib ki, ukraynalı müdafiəçilər kiçik əks-hücumlar edir, düşmənə zərbə vurmaq üçün fürsət axtarır, düşmən isə təşəbbüsü bərpa etməyə çalışır.

“Məqsədimiz dəyişməzdir: mövqelərimizi saxlamaq, maksimum itki verməklə düşməni yormaq”, - deyə ukraynalı komandan izah edib.

Sırskinin sözlərinə görə, Rusiya qüvvələri Ukraynaya genişmiqyaslı müdaxiləsinin ikinci ildönümü ərəfəsində təşəbbüsü ələ keçirməyə cəhd edir.“Canlı qüvvə və təchizatda böyük itkilərinə baxmayaraq, Rusiya tərəfi Donbasın sənaye rayonlarına tam nəzarəti ələ keçirmək məqsədi ilə şərq cəbhəsi boyunca bir neçə istiqamətdə irəliləyib”, - deyən Sirski bildirib ki, düşmən cənubda da mövqelərini bərpa etməyə çalışır. Bu sırada Xerson və Zaporijya bölgələri nəzərdə tutulur.

E. KAMAL




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}