Trampın keçmiş müşaviri bu gündən həbsxanada oturacaq
Tarix: 26-11-2018 00:42 | Bölmə: Siyasət
Trampın keçmiş müşaviri bu gündən həbsxanada oturacaq

ABŞ prezidenti Donald Trampın qərargahının keçmiş müşaviri Corc Papadopulos noyabrın 26-dan iki həftəlik həbsxana cəzasını çəkməyə başlayacaq.

Reyting.az xarici mediaya istinadən bildirir ki, bu cəza ona bir müddət əvvəl Federal Təhqiqat Bürosuna “Rusiya işi” üzrə yalan ifadə verməsinə görə kəsilib.

Papadopulos azadlıqdan məhrum edilməklə yanaşı, 200 saat ictimai iş görməli və 9,5 min dollar da cərimə ödəməlidir.

Məhkəmə dünən hökmü qüvvədə saxlayıb, sabah isə qərar qüvvəyə minəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər