“BMT ABŞ-nın girovudur” - Diplomat
Tarix: 14-08-2024 08:29 | Bölmə: Siyasət
“BMT ABŞ-nın girovudur”

Rusiya səfiri BMT Təhlükəsizlik Şurasını ABŞ-a görə Qəzzada atəşkəs məsələsində qınayıb.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurası getdikcə daha çox passiv müşahidəçiyə və faktiki olaraq Qəzza zolağında atəşkəs məsələsində ABŞ-nın mövqeyinin girovuna çevrilir: “Amerikalı həmkarlarımız tərəfindən İsrailə qarşı təlaşa görə Şura, təəssüf ki, indiyə qədər Yaxın Şərqdə artan böhrana tutarlı cavab verə bilməyib, passiv və gücsüz müşahidəçi kimi qalıb”.

E. KAMAL




Bölməyə aid digər xəbərlər